Belçikada COVID-19-a yoluxanların sayı 57 mini keçdi

Belçikada COVID-19-a yoluxanların sayı 57 mini keçdi

Belçikada koronavirusa (COVID-19) yoluxanların sayı son 24 saatda 137 nəfər artaraq 57 min 592-ə çatıb.

Ölkədə son 24 saat ərzində 36 nəfər ölüb, 36 nəfər xəstəxanaya yerləşdirilib və 145 nəfər isə evə buraxılıb.

Reanimasiyadakı xəstələrin sayının 29 nəfər azaldığı və 220 nəfər olduğu bildirilib.

Ümumilikdə ölənlərin sayı 9364-ə çatıb. Xəstələrin 48 faizi xəstəxanalarda, 51 faizi qocalar evində həyatını itirib.

Mənbə: www.realtv.az