Sumqayıt yol polisindən açıqlama: 28000 manat...

Sumqayıt yol polisindən açıqlama: 28000 manat...

"Sumqayıtın avtomobil yollarında xüsusikarantin rejiminin pozulmasına görə 1488 hərəkət iştirakçısı inzibatiməsuliyyətə cəlb edilib. Məsuliyyətə cəlb olunanlar indiyədək təxminən 28000 manat məbləğində cərimə ödəyiblər".

Bu barədəXeberle.com-a açıqlamasında Sumqayıt Dövlət Yol Polisi Şöbəsindən məlumat verilib. Bildirilib ki, karantin rejiminin pozulmasına görə cərimələnənlərəödənişlər üçün 1 ay vaxt verilib: "Əgər 1 ay sonra cərimələr ödənilməzsə,inzibati materiallar məcburi icraya yönəldilir. Bu müddəttamam olan bəzi hərəkət iştirakçıları artıq cərimələrini ödəməyə başlayıblar.Sürücülərlə cərimələrin ödənilməsində heç bir problem yaşanmır”.

Mənbə: xeberle.com