Hərbi komissarlığın əməkdaşı öldürüldü - iki qızı var idi

Hərbi komissarlığın əməkdaşı öldürüldü - iki qızı var idi

Mayın 26-da naməlum şəxslər Ukraynanın Vinnitsa bölgəsində regional hərbi komissarlığın xidmət idarəsinin əməkdaşı, kapitan Mixail Qolevskini döyüblər.

KONKRET.az xəbər verir ki, hadisə Ukrayna Milli Polisi tərəfindən araşdırılır.

Küçədə huşsuz qalan və ağır bədən xəsarətləri alan kişini xəstəxanaya aparıblar, ancaq onun həyatını xilas edə bilməyiblər.

“İndi polis, müstəntiq və əməliyyatçılar cinayətin törədilməsində iştirak edən şəxsi müəyyənləşdirirlər”. Vinnitsa vilayət polisinin sözçüsü Anna Oleynik belə deyib.

Həmçinin hərbi komissar Oleq Vinnitski də tabeliyində olan insanın ölümünə münasibət bildirib. Onun sözlərinə görə, kapitan Qolevski problemi olmayan şəxs idi.

2019-cu ilin dekabr ayından etibarən Barski hərbi komissarlığında xidmət edib.

Mərhum ailəli idi, iki qızı var.

Öldürülən kapitan üçün vida mərasimi sabah, 28 mayda valideynlərinin yaşadığı Moqilev-Podolskidə baş tutacaq.

Vinnitsa vilayətinin polisi bir nəfərin ölümü ilə nəticələnən ağır bədən xəsarəti yetirmə faktı ilə bağlı cinayət işi açıb.

Ölümün səbəbləri aydınlaşdırılır.

Mənbə: konkret.az