"Taliban"ın 2 min üzvü sərbəst buraxılacaq

"Taliban"ın 2 min üzvü sərbəst buraxılacaq

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstan Prezidenti Əşrəf Qəninin mətbuat katibi Sadiq Sadiqi "Taliban" ilə bağlı açıqlama verib.

O, bu barədə rəsmi "twitter" səhifəsində yazıb.

Sadiq Sadiq vurğulayıb ki, "Taliban"ın bayram atəşkəsinə jest olaraq Əfqanıstan hökuməti də 2 min "Taliban" üzvünü sərbəst buraxacaq.

"Artıq bu istiqamətdə bütün işlərə başlanılıb. Yaxın zamanlarda ictimaiyyətə geniş açıqlama veriləcək", - deyə Sadiq Sadiqi qeyd edib.

Mənbə: eastnews.org