Masallıda “Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlandı

Masallıda “Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlandı

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Mənbə: www.baki-xeber.com