Mübahisə etdiyi gəncin üstünə benzin töküb yandırdı

Mübahisə etdiyi gəncin üstünə benzin töküb yandırdı

46 yaşlı kişinin qeyri-adi hirs soyutma üsulu

Xaçmazda 35 yaşlı kişi üzərinə tökülən benzinin yanığından ciddi xəsarət alıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Qusarçay kənd sakini, 35 yaşlı Nəriman İbrahimşah oğlu Yusifovla mübahisə edən Uzunoba kənd sakini, 46 yaşlı Vüsal Ağarəhim oğlu Kərimov onun üzərinə benzin tökməklə hirsini soyudub.

Benzinin bədənində alışmasından ciddi yanıq xəsarətləri alan Nəriman Yusifov dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Burada ilk tibbi yardımdan sonra Nəriman Yusifov Bakıdakı Respublika Yanıq Mərkəzinə çatdırılıb. Vəziyyətinin kririk olduğu deyilir.

Xaçmaz polisi tanışını benzinlə yandıran Vüsal Kərimovu yaxalayaraq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Mənbə: istipress.com