Türkiyəli boksçunun sevgilisini öldürməsilə 14 cinayət hadisəsi ortaya çıxdı - FOTO

Türkiyəli boksçunun sevgilisini öldürməsilə 14 cinayət hadisəsi ortaya çıxdı - FOTO

Türkiyənin Muğla şəhərində sevgilisini öldürən boksçu Selim Ahmet Kemaloğlunun qəsdən xəsarət və cinsi təcavüz kimi cinayətlər daxil olmaqla 14 fərqli cinayət hadisəsində iştirak etdiyi ortaya çıxıb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamaloğlu sonuncu dəfə 28 avqust 2019-cu ildə "Seksual xarakterli hücum və qəsdən zədələmə" maddəsi ilə tutulub və prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb.

Qeyd edilir ki, milli boksçu Səlim Əhməd Kamaloğlu ötən bazar günü saat 05:30 meydana gələn hadisədə sevgilisi Zeynep Şenpınarı bıçaqla qətlə yetirib, daha sonra özünü yaralayıb.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az