Azər Kazımov ürək tutmasından vəfat etdi - FOTO

Azər Kazımov ürək tutmasından vəfat etdi    - FOTO

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının əməkdaşı dünyasını dəyişib.

Buta.ws xəbər verir ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının əməkdaşı Azər Kazımov ürək tutmasından vəfat edib.


Kazımov Azər Aqil oğlu 1962-ci ildə iyun ayının 3-də Gəncə şəhərində anadan olub. O, 2017 -ci ildək Enegetika Nazirliyinin tabeliyində Dövlət Qaz Nəzarəti İdarəsində çalışmışdır. 2017-ci ildən həmin nazirliyin tabeliyində yaranan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialında fəaliyyətə başlamışdır. Azər Kazımov işlədiyi dövür ərzində kollektivdə və Gəncə ictimaiyyəti arasında hörmət qazanmışdır. O həmişə çətin gündə dostlarının yanında olub , hər bir məsələnin həll olunmasında həmişə yaxınlarına dəstək olub. Gəncə şəhərində böyükdən balacaya kimi hamı onu tanıyırdı.


Gəncə şəhərində tanınmış nəsilin nümayəndəsi olduğundan onu hamı atasının adına görə Aqiloğlu Azər kimi tanınıb.


Allahdan mərhumun ailəsinə və yaxınlarına səbir diləyirik və baş sağlığı veririk


Allah rəhmət eləsin

Mənbə: buta.ws