Nərimanovda qadının maşınından oğurluq edən şəxs tutulub

Nərimanovda qadının maşınından oğurluq edən şəxs tutulub

Nərimanovda qadının maşınından oğurluq edən şəxs tutulub

Press.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Bakı şəhər sakini olan qadına məxsus “KİA” markalı avtomobildən 200 manat pul və 200 manat dəyərində eynək oğurlayan paytaxt sakini A.Xələfov saxlanılıb.

Nərimanov RPİ-də CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: press.az