Dünyanı ayağa qaldırmışdı: O polislərin işinə son verildi

Dünyanı ayağa qaldırmışdı: O polislərin işinə son verildi

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində küçədə qanunsuz siqaret satdığına görə Corc Floyd adlı qaradərili şəxs tutularkən onu öldürən polis əməkdaşları həbs olunub.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Minneapolis meri Yakob Frey öz Twitter hesabındakı postunda "Bu düzgün bir qərardır" ifadəsini işlədərək, Floydun ölümündə iştirak edən 4 polis əməkdaşının işdən çıxarıldığını elan edib.

Vətəndaşlar tərəfindən çəkilən və sosial mediada paylaşılan videoda ağ dərili polisin qarşısında dizi üstə oturan Floyd, "Xahiş edirəm, nəfəs ala bilmirəm, xahiş edirəm" deyə yalvarır.

Bir müddət sonra yerdə hərəkətsiz qalan Floydun təcili tibbi yardım qrupu tərəfindən xəstəxanaya aparıldığı, ancaq qısa müddətdə xəstəxanada öldüyü bildirildi.

Floydun vəziyyətinə reaksiya verən Mayor Frey, Facebook hesabından qara camaatdan üzr istəyib və "Amerikada qara olmaq cəzası ölüm olmamalıdır" deyə yazaraq paylaşıb.

Turan

Mənbə: sherg.az