Azərbaycan 19 iranlı məhbusu Tehrana verdi

Azərbaycan 19 iranlı məhbusu Tehrana verdi

Azərbaycandakı 19 iranlı məhbus Tehrana təhvil verilib.

Virtualaz.org bildirir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Mayın 27-də Azərbaycan ərazisində müxtəlif cinayətlərdə ittiham olunan 19 İran vətəndaşı Tehrana təhvil verilib".

Nazirlikdən, həmçinin bildirilib ki, son 5 ildə xarici dövlətlərə 161 məhkum təhvil verilib, digər dövlətlərin ərazisində məhkum olunmuş 143 nəfər isə Azərbaycana qaytarılıb.

Virtualaz.org

Mənbə: virtualaz.org