Türkiyədə komendant saatı başa çatıb - 47 mindən artıq insan cəzalandırılıb

Türkiyədə komendant saatı başa çatıb - 47 mindən artıq insan cəzalandırılıb

Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan komendant saatı ötən gecədən etibarən başa çatıb.

Küçəyə çıxma qadağası tam aradan qaldırılıb. Bu barədə məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Məlumatda bildirilir ki, komendant saatına əməl etməyən 47 min 831 nəfər saxlanılaraq onlar haqda tədbir görülüb. Onu da qeyd edək ki, Türkiyədə virusa yoluxanların sayı 158 min 762 nəfər təşkil edir,virus qurbanlarının sayı isə 4 min 397 nəfərdir. Virusa yoluxanlardan 121 min 507 nəfəri sağalıb.

atv.az

Mənbə: www.atv.az