"VAZ 2107" beton maneəyə çırpıldı: Xəsarət alan var - FOTO

"VAZ 2107" beton maneəyə çırpıldı: Xəsarət alan var - FOTO

Bərdədə "VAZ 2107" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində 1 nəfər ağır xəsarət alıb.
YPX.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin bildirdiyinə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Belə ki, həmin prospektdə yüksək sürətlə gələn " VAZ 2107" markalı minik avtomobili idarə etməni itirərək yol kənarında beton maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, Şuşa sakini 1983-cü il təvəllüdlü Quliyev İlqar Qaytaran oğlu ağır kəllə-beyin travması ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin orta ağır olduğunu bildirib və onun yarası sarılaraq palataya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Mənbə: ypx.az