Cəlilabadda yük avtomobilləri toqquşub, yaralılar var

Cəlilabadda yük avtomobilləri toqquşub, yaralılar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" və "İsuzu" markalı iki yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az