Ayını minik avtomobilində gəzdirdilər - VİDEO

Ayını minik avtomobilində gəzdirdilər - VİDEO

Rusiyanın Tatarıstan Respublikasında ayını minik avtomobilində aparıblar.

REN TV xəbər verir ki, vəhşi heyvan maşının arxa oturacağında oturaraq ətrafa tamaşa edib.

Sosial şəbəkələrdə yayılan bu video insanların qınaqlarına səbəb olub. Vəhşi heyvanların daşınmasında müəyyən qaydalara riayət edilməsi əsas gətirilib.

İlkin ehtimala görə, ayı sirk heyvanı olub və şəhərə mütamadi olaraq bu formada gətirilib.

Mənbə: paralel.az