“Opel” “Seat”la toqquşdu; 8 nəfər xəsarət aldı

“Opel” “Seat”la toqquşdu; 8 nəfər xəsarət aldı

Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Tekirdağ vilayətində iki minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

XeberOxu.az-ın məlumatına görə, Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Malkara rayonunda qeydə alınıb.

Məlumata görə, “Atatürk” küçəsindən qovşağa daxil olan 72 yaşlı Tural B. idarə etdiyi 59 LY 304 qeydiyyat nişanlı “Opel” markalı avtomobil, yan yoldan Keşan istiqamətinə hərəkət edən

37 yaşlı Ərgin D.-nin idarə etdiyi 59 LL 999 qeydiyyat nişanlı “Seat”la toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitələrindəki 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağırılan ambulanslara xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: www.xeberoxu.az