Meksikada bir gündə COVID-19-a 3 463 yoluxma aşkarlandı

Meksikada bir gündə COVID-19-a 3 463 yoluxma aşkarlandı

Meksikanın Səhiyyə Nazirliyi koronavirus üzrə statistikanı yeniləyib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ölkədə bir gün ərzində koronavirusa 3 463 yeni yoluxma aşkarlanıb. Son sutkada daha 463 nəfər COVID-19-dan ölüb.

Qeyd edilir ki, hazırda aktiv virus xəstələrinin sayı 15 592-dir.

Mənbə: report.az