3 nəfəri öldürüb özünə qəsd etdi - Fransada

3 nəfəri öldürüb özünə qəsd etdi - Fransada

Fransanın qərbində yerləşən De Sever bölgəsindəki mərmər mədənində naməlum şəxs 3 nəfəri öldürüb, 1 nəfəri yaralayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən şəxs sonradan özünə qəsd edib.

Naməlum şəxsin mədən işçisi olub-olmadığı məlum deyil. Hadisənin motivləri barədə məlumat verilməyib.

Özünə vurulan yaralar səbəbindən bir insanın həyatı hazırda risk altındadır.

Mənbə: lent.az