Tovuzda kütləvi dava olub, xəsarət alanlar var

Tovuzda kütləvi dava olub, xəsarət alanlar var

Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov münaqişə zəminində döyülüb. Əlbəyağa dava zamanı yeməkxana işçisi olan daha bir şəxs E.Ismayılov da müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin içərisində və ətrafında avtomobillərini təhlükəli sürərək "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən avtomobildə olan bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb nəticədə əlbəyağa dava düşüb. Bu zaman oraya yemək aparan E.Ismayılov da onları aralamağa çalışan zaman xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: report.az