Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayonun Şağan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Azər Məmmədov küçədə ürəyindən bıçaqlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Əli Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsini 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı...

SONRAKI XƏBƏR

DADP sədri xalqımızı Respublika Günü münasibətilə təbrik etdi