Peruda son sutkada virusdan rekord ölü sayı

Peruda son sutkada  virusdan rekord ölü sayı

Latın Amerika ölkəsi Peruda son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə 195 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Peru Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, son 24 saatda COVID-19 səbəbiylə 195 nəfərin ölümü ilə ölənlərin sayı 3 983-ə, yoluxma halların sayı 6 min 154 artaraq 135 min 905-ə çatıb.

Bildirək ki epidemiyadan sağalanların sayı 56 min 169-a yüksəlib.

Qeyde dək ki, Peruda ilk COVID-19 hadisəsi 6 martda, virusla əlaqəli ilk ölüm isə 20 Martda baş verib.

Mənbə: www.unikal.org