Rusiyada COVID-19-a yoluxanların sayı 379051 nəfəri ötdü

Rusiyada COVID-19-a yoluxanların sayı 379051 nəfəri ötdü

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 379051 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8371 nəfərdə koronavirus aşkarlanıb.

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 174 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 4142-ə yüksəlib.

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 150993-ə çatıb. Belə ki, son sutka ərzində 8785 nəfərdə sağalma qeydə alınıb.

Qeyd edək ki, Moskvada özünütəcrid rejimi iyun ayının 14-ə kimi uzadılıb. Rusiya Federasiyası isə COVID-19-a yoluxanların sayına görə dünyada 3-cü yerdədir.

Mənbə: www.realtv.az