Lökbatanda mağaza yanıb

Lökbatanda mağaza yanıb

Lökbatanda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində, üçmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları və ərazidə 100 m² sahədə təkər tullantıları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az