Avtomobil kanala düşdü: Ölən və yaralanan var - VİDEO

Avtomobil kanala düşdü: Ölən və yaralanan var - VİDEO

İdarərtməni itirən sürücünün avtomobili kanala aşıb, ölən və yaralananın olduğu bildirilir.
YPX.AZ xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.
Belə ki, idarəetməni itirən sürücü “QAZ 3110” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, avtomobildə iki nəfər, ata və oğlu olublar. Hadisə nəticəsində atanın dünyasını dəyişdiyi, oğlunun isə ağır xəsarət aldığı bildirilir.
Baş verən qəzanın digər təfərrüatları isə məlum deyil.

Mənbə: ypx.az