Şağanda tanışını bıçaqlayan şəxs saxlanılıb

Şağanda tanışını bıçaqlayan şəxs saxlanılıb

Şağanda tanışını bıçaqlayan şəxs saxlanılıb

Press.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Abdullayev (1982-ci il təv) saxlanılıb.

Məlum olub ki, o, Şağan qəsəbəsində aralarında yaranmış mübahisə zamanı Azər Məmmədovu (1980-ci il təv) döş qəfəsindən bıçaqlayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ İstintaq şöbəsində CM-nin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: press.az