Etirazçılar mağazanı qarət ediblər

Etirazçılar mağazanı qarət ediblər

Amerikanın Minneapolis şəhərində polis zorakılığına etiraz edən bir qrup şəxs polis məntəqəsi qarşısındakı mağazanı qarət edib.

Qarətçilər mağazanın qapısını, şüşələrini sındırıb, içəridəki məişət avadanlıqlarını götürüblər.

Polis gözyaşardıcı qazla aksiyaya müdaxilə edib.

Aksiya ötən gün sözügedən məntəqə qarşısında bir polisin Corc Floyd adlı qaradərili şəxsi öldürməsi ilə başlayıb.

Fəallar Floydun ölümünə səbəb olan polislərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, Corc Floyd saxlanılan zaman polislərdən biri dizi ilə onun boğazını həddən artıq sıxıb.

Bu, onun ölümünə səbəb olub.

Hadisəyə görə məsuliyyət daşıyan şəxslər işdən qovulublar.

Onlara qarşı iş açılıb.

Mənbə: www.realtv.az