Hindistanda 80 il heç nə yeməyən yoq ölüb

Hindistanda 80 il heç nə yeməyən yoq ölüb

Hindistanın Qucarat ştatında 80 ilə yaxın yemək yeməyən və su içməyən yoq 90 yaşında vəfat edib.

Trend-in məlumatına görə, Praxlad Cani adlı yoq 8-9 yaşlarından qida və içkidən imtina edib.

O, “həyat iksiri” tapdığını iddia edirdi. 2003 və 2010-cu illərdə həkimlər yoqun kompleks müayinəsini keçirib. İkinci müayinədən sonra o, iki həftə mütəxəssislərin nəzarətində qalıb.

Mənbə: az.trend.az