ABŞ-da polis zorakılığına qarşı aksiyalarda bir nəfər öldü

ABŞ-da polis zorakılığına qarşı aksiyalarda bir nəfər öldü

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polisin qaradərili Corc Floyd adlı vətəndaşı saxlayarkən öldürməsinə etiraz aksiyalarında gərginlik artır.

Dünən axşam keçirilən aksiya zamanı bir nəfər açılan atəş nəticəsində ölüb. Olayla əlaqədar bir nəfər saxlanılıb.
Həmin şəxsin kim tərəfindən vurulduğu və məqsədinin nə olduğu bilinmir.

Nümayişlərdə çox sayda atəş açılıb, polis nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə edib.

Aksiyalar zamanı bölgədəki bir çox iş yerlərində oğurluq hadisələri baş verib.

Mənbə: Euronews

Mənbə: eastnews.org