Sumqayıt Məişət Tullantıları Poliqonundakı yanğınla bağlı direktordan AÇIQLAMA

Sumqayıt Məişət Tullantıları Poliqonundakı yanğınla bağlı direktordan AÇIQLAMA

"Məişət Tullantıları Poliqonunda gecə saatlarında tullantıların yandırılması ilə bağlı səslənənfikirlər həqiqəti əks etdirmir. Alışmaya səbəböz-özündən gedən qızışma nəticəsində yaranan qazlardır”.

Busözləri Xeberle.com-a açıqlamasında "Sumqayıt şəhər Təmizlik Departamenti” MəhdudMəsuliyyətli Cəmiyyətin direktoru Atəş Rüstəmov son zamanlar poliqonda başverən yanğınlara münasibət bildirərkən deyib.

A.Rüstəmov Məişət Tullantıları Poliqonunda insan müdaxiləsi nəticəsində yanğınlar törədilməsini təkzib edib və bu kimi halların quruma da ziyan vurduğunubildirib: "Bir dəfə yanğın olanda bir aya güclə söndürəbilirik. Necə ola bilər ki, axşamlar yandıraq, səhərlər də söndürək? Yanğının baş verməsi bizim özümüzə də nə qədər ziyan verir. Neçə maşın torpaqdaşınmalıdır ki, yanğını söndürə bilək. Hazırda tüstüləmə var, çalışırıqki, onun da qarşısı alınsın, ərazidə torpaqlama işləri aparılır”.

Məlumatüçün bildirək ki, Sumqayıt Məişət Tullantıları Poliqonun ümumi ərazisi 125hektardır və gün ərzində Sumqayıt və Abşeron ərazisindən 5000 kub məişət tullantısı daşınır.

Xədicə Səxavətqızı

Xeberle.com

Mənbə: xeberle.com