Qadın içki şüşəsini sevgilisinin başında sındırdı - FOTO

Qadın içki şüşəsini sevgilisinin başında sındırdı - FOTO

Türkiyənin Bursa şəhərində qadın sevgilisini bıçaqlayıb.

“HaberGlobal” məlumat verir ki, 34 yaşlı Dərya P. 47 yaşlı sevgilisi Engin G. ilə spirtli içki qəbul edib.

Onların arasında mübahisə yaranıb və qadın içki şüşəsini sevgilisinin başına vuraraq sındırıb. Bundan sonra o, mətbəxdən götürdüyü bıçaqla kişiyə qarnından xəsarət yetirib.

Səsə gələn qonşular polisə xəbər veriblər. Qadın polis idarəsinə, kişi isə xəstəxanaya aparılıb.

İfadəsində Dərya P. spirtli içkini çox qəbul etdiyi üçün baş verənləri xatırlamadığını deyib.

Mənbə: www.oxu.az