Moskva Rusiyada ən çox zərər çəkən şəhərdir: SON DURUM

Moskva Rusiyada ən çox zərər çəkən şəhərdir: SON DURUM

Rusiyanın paytaxtı Moskva koronavirus üzrə ölkənin ən çox zərər çəkən şəhəri olaraq qalmaqdadır.

Cebhe.info xəbər verir ki, son bir gündə 71 nəfər COVİD-19-un qurbanı olub. Beləliklə, şəhərdə virusdan həyatını itirənlərin ümumi sayı 2 254-ə çatıb.

Xatırladaq ki, son sutkada Rusiyada 174 nəfər virusdan həyatını itirib.

Ölkədə pandemiyadan ölənlərin sayı isə 4 142 nəfərə çatıb. Pandemiya ölkənin 85 regionunda qeydə alınıb.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info