Narkotika ilə ələ keçməmək üçün özünü ölümcül yaraladı

Narkotika ilə ələ keçməmək üçün özünü ölümcül yaraladı

Xaçmaz şəhər sakini xəstəxanada keçinib

Xaçmaz şəhər sakini, əvvəllər məhkum edilmiş Mirəli Aydəmirov növbəti dəfə polislər tərəfindən yaxalanarkən asanlıqla onlara təslim olmayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, üzərində heroin və metamfetamin olan Mirəli Aydəmirov polislərin onu tutacağını görüb özünü yerə çırpıb. Başından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Mirəli Aydəmirov dərhal xəstəxanaya aparılıb.

Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan Mirəli Aydəmirov həkimlərin səyinə baxmayaraq tibb ocağında keçinib.

Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.

Mənbə: istipress.com