Ata xristian olmaq istəyən qızını benzinlə yandırdı

Ata xristian olmaq istəyən qızını benzinlə yandırdı

Uqandada xristian olmaq istəyən 24 yaşlı qızı atası üzərinə benzin tökərək yandırıb. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rahema Kyomuhendo adlı müsəlman qız dinlədiyi xristian radiosunun təsiri ilə dinini dəyişmək qərarına gəlib.
O, bu barədə atasının katolik dostu ilə məsləhətləşib. Məsələdən xəbər tutan ata Rahemanı yandırmaqla cəzalandırıb. Qarın və ayaq nahiyyəsindən yanıq xəsarətləri alan qızı xalası xilas edib və xəstəxanaya yerləşdirib.
Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az