İnterpolun axtardığı avtomobil Türkiyədən tapıldı - MARAQLI

İnterpolun axtardığı avtomobil Türkiyədən tapıldı - MARAQLI

Türkiyənin Konya şəhərində İnterpol tərəfindən axtarılan və dəyəri 67 min avro olan lüks avtomobil tapılıb.

Moderator.az xəbər verir ki, Konyada bir avtoparkda tapılan lüks avtomobilin aparılan istintaqdan sonra Almaniyadan oğurlandığı ortaya çıxıb.

Hadisə ilə bağlı araşdırma aparan polis 2012-ci il model olan avtomobilin 2016-cı ildə Almaniyadan Türkiyəyə gətirildiyini və İnterpol tərəfindən oğurluq olaraq axtarıldığını müəyyən edib.

Avtomobilin sahibi idarə etdiyi vasitəsinin bir dostunun hədiyyəsi olduğunu və baş verənlərdən xəbərsiz olduğunu söyləyib.

Qeyd edək ki, oğurluq olan avtomobilin haraya təslim ediləcəyini isə İnterpol rəsmilərinin cavabı ilə müəyyən ediləcəkdir.

Kamran

 

Mənbə: moderator.az