Masallıda qanunsuz silah gəzdirən şəxs tutulub - Üzərindən narkotik də aşkar edilib

Masallıda qanunsuz silah gəzdirən şəxs tutulub - Üzərindən narkotik də aşkar edilib

Masallı sakinindən silah və narkotik aşkar olunaraq götürülüb.

Belə ki, Masallı şəhər sakini Zaman Nuriyevin nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində silah gəzdirməsi ilə məlumat daxil olub. Saxlanılan Zaman Nuriyevin üzərindən 1 ədəd 9 millimetr kalibrli, atış üçün yararlı “Walter P38” tapança, həmin silaha aid patron darağı və 5 ədəd patron götürülüb. Həmçinin 1 bükümdə 5 qramdan artıq narkotik vasitə heroin də aşkarlanıb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və Zaman Nuriyev barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

atv.az

Mənbə: www.atv.az