5 polis əməkdaşı saxlanıldı - Rusiyada

5 polis əməkdaşı saxlanıldı - Rusiyada

Rusiyanın Tver şəhərində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən 5 polis əməkdaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi Daxili İşlər Nazirliyinin Tver bölgəsindəki mətbuat xidmətinə istinadən məlumat verib.

Mənbə bildirir ki, saxta məhsulların alınması üçün əməliyyat-axtarış tədbirlərinin aparılması adı altında əməliyyat-axtarış tədbirləri aparan polis əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq əməliyyat-axtarış və yoxlama tədbirlərinin nəticələrini saxtalaşdırıblar.

Nəticədə tutulanlar 700 min rubldan çox olan alkoqol məhsullarını ələ keçiriblər.

Xatırladaq ki, Şimali Osetiya ərazisində hüquq mühafizə orqanlarının əməkdaşları “vergilərdən azad edilə bilən” SSRİ vətəndaşlıq şəhadətnamələrini satan fırıldaqçılar dəstəsini ifşa ediblər. “Dövlət rüsumu” üçün 300 rubl istənilib, ümumilikdə minə yaxın insan aldadılıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az