İrəvanda korona uşaq bağçasına keçdi: 16 xəstə...

İrəvanda korona uşaq bağçasına keçdi: 16 xəstə...

Ermənistanda Mari İzmirlyan adına uşaq bağçasında çalışan daha bir dayədə koronavirus aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər naziri Sona Martirosyan məlumat yayıb.

Onun sözlərinə görə, hazırda uşaq bağçasında 9-u əməkdaş, 9-u uşaq olmaqla, 16 nəfərdə koronavirus tapılıb.

Qeyd edək ki, ötən gün Ermənistanda 442 yoluxma qeydə alınıb, 15 nəfər isə ölüb. Ümumilikdə isə bu virusa 8216 nəfər yoluxub, 113 erməni isə ölüb.

Mənbə: axar.az