İranda "hörümçək uşaq" peyda olub - VİDEO

İranda "hörümçək uşaq" peyda olub - VİDEO

İranın Mazandaran əyalətində yaşayan uşağın videoları internetdə işıq sürəti ilə yayılır.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Arat Hüseyni adlı balaca oğlan o qədər güclüdür ki, yalnız əllərindən istifadə edərək 10 metrlik divara dırmaşa bilir.

Aratın valideynləri qonaq otağının daxili divarında onun sərbəst hərəkətlərini lentə alıblar və sosial şəbəkədə paylaşıblar.

 

Mənbə: publika.az