Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 28-də paytaxtın Buzovna qəsəbəsində Bakı şəhər sakini Taleh Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə piyada zolağı olmayan yerdə yolu keçən 1957-ci il təvəllüdlü Azad Əliyevi vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az