Polis tərəfindən öldürülən qaradərilinin dəfni üçün 1.5 milyon dollar pul yığıldı

Polis tərəfindən öldürülən qaradərilinin dəfni üçün 1.5 milyon dollar pul yığıldı

ABŞ-da polis tərəfindən öldürülən 46 yaşlı afroamerikalı Corc Floydun qohumları onun cənazəsi üçün 1 558 min dollardan çox pul toplaya biliblər.

KONKRET.az xəbər verir ki, vəsait Floydun qardaşı Filonis tərəfindən təşkil edilmiş GoFundMe platformasının səhifəsində toplanıb.

Məlumatı “The Hill” nəşri yayıb.

Corc Floydun öldüyü Minneapolisdə üçüncü gecə kütləvi etirazlar davam edir. Nümayişçilər hadisə yerindən görüntülərə baxaraq polis bölməsinə hücuma keçiblər.

Mühafizəçilər qaçmağa müvəffəq olublar, bəziləri vertolyotla damdan evakuasiya edilib. Kiro Seattle xəbər verir.

Mənbə binanın partlama riskinin olduğunu deyir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az