PKK-nın silah anbarı ələ keçdi

PKK-nın silah anbarı ələ keçdi

Türkiyənin Muş rayonunun Malazgirt qəsəbəsində PKK-ya aid silah anbarı tapılıb və çox sayda silah-sursat ələ keçib.

Cebhe.info-nun məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələri Muş rayonunun ətraf ərazilərində əməliyyat-axtarış keçirib. Axtarış nəticəsində terror aktında istifadə üçün xeyli sayda sənədsiz “G-3” piyada tüfəngi, 507 ədəd güllə və silah təmizləyici qurğu aşkar edilib.

Eyni zamanda gündəlik tələbat malları, ərzaq ələ keçirilib.

Əhməd
Cebhe.info

Mənbə: cebhe.info