Dünyada koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib

Son sutka ərzində dünyada 118 764 min nəfərin koronavirusa yoluxması ilə ümumilikdə say 5 813 919 nəfər təşkil edib. Day.Az xəbər verir ki, COVİD-19-dan ölüm sayında da artım müşahidə edilib, dünyada bu virusdan ölənlərin sayı 360 332 nəfər olub.

İndiyədək 2,4 milyon nəfər sağalıb.

Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (1,75 milyondan çox), Braziliya (430 mindən çox), Rusiya (379 mindən çox), İspaniya (280 mindən çox) və Böyük Britaniyada (269 mindən çox) qeydə alınıb.

Mənbə: news.day.az