Mingəçevirdə azyaşlı evi yandırıb

Mingəçevirdə mənzildə yanğın hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, şəhərin D.Əliyeva 2 ünvanında yerləşən beş mərtəbəli binanın beşinci mərtəbəsində iki otaqlı evin bir otağı əşyaları ilə birgə yanıb. Dərhal hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub. Yanğın söndürülüb və digər otaqlara keçməsinin qarşısı alınıb.

Ev, şəhər sakini, 1975 ci il təvəllüdlü Olqa Vladimirovaya aiddir. Məlum olub ki, hadisəni evdə nəzarətsiz qalan azyaşlı uşaq törədib.

Esmira Hidayətova, Mingəçevir

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin İrandan qaz alışı əhəmiyyətli dərəcədə azalıb

SONRAKI XƏBƏR

İran Rusiya olmadan da nüvə yanacağını təmin edə biləcəyini açıqladı