Əfqanıstanda hücum nəticəsində növbəti dəfə polislər öldürüldü

Əfqanıstanda hücum nəticəsində növbəti dəfə polislər öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Fərəh vilayətində radikal “Taliban” hərəkatının nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı azı 7 polis əməkdaşı öldürülüb.

Bu barədə yerli polis nümayəndəsi Mohibullah Mohib məlumat verib.

Polis nümayəndəsinin sözlərinə əsasən, radikallarla atışma ötən gün axşama kimi davam edib, nəticədə polislə yanaşı, hücum edən 7 “Taliban” üzvü də öldürülüb.

Bundan əlavə, hücum zamanı 3 polis əməkdaşı yaralanıb.

Rakidal “Taliban” hərəkatı baş verən hadisə ilə bağlı açıqlama verməyib.

Mənbə: RİA

Mənbə: eastnews.org