İdman jurnalistinin anası koronavirusdan dünyasını dəyişdi

İdman jurnalistinin anası koronavirusdan dünyasını dəyişdi

İdman jurnalisti Anar Cəfərsoyun anası Zöhrə Cəfərova koronavirus xəstəliyindən vəfat edib.

Bu haqda Qol.az-a A.Cəfərsoyun yaxınları məlumat verib. Dünən axşam 69 yaşında dünyasını dəyişən Z.Fərəcova Ağdamın kəndində dəfn ediləcək. Karantin qaydalarına görə, yas mərasiminin keçirilməsinə icazə verilmir.

Qeyd edək ki, Z.Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkib. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırıb.

Xatırladaq ki, A.Cəfərsoy özü də hazırda koronavirusdan xəstəxanada müalicə alır.

Mənbə: qol.az