Tovuzda avtomobil yanıb - FOTO

Tovuzda avtomobil yanıb - FOTO

Tovuzda avtomobil yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində yerləşən əkin sahəsində qeydə alınıb. Belə ki, rayon sakini Araz Həsənova məxsus “UAZ” markalı avtomobilin mühərrikində anidən yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Avtomobildə baş verən yanğın söndürülüb.

Yanğın baş vermə səbəbləri araşdırılır.

Mənbə: apa.az