65 yaşdan yuxarı insanların küçəyə çıxması yenidən qadağan edilə bilərmi?-AÇIQLAMA

65 yaşdan yuxarı insanların küçəyə çıxması yenidən qadağan edilə bilərmi?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 191 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayının çoxalma dinamikası eyni zamanda 65 yaş və yuxarı şəxslərin daha çox risk altında olmasını nəzərə alaraq onların çölə çıxmasına yenidən qadağa qoyula bilərmi?

Məsələ ilə bağlı deputat Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, məhdudiyyətlərin azaldılması müəyyən risklər yarada bilər:

"Ona görə də müəyyən dərəcədə bu qadağalar yumuşaldıcı formada aradan götürülməlidir. Fikir versəniz görərsiniz ki, yumuşaldılma tətbiq olunandan sonra bu dinamika artıb. Yəni, bu göstərir ki, yenidən müəyyən tədbirlərin həyata keçirilməsi zəruridir. O ki qaldı 65 yaş və yuxarı şəxslərin çölə çıxmasının qadağan olunmasına, hesab edirəm ki, hər hansı bir tədbirlər mütləq lazımdır. Burada söhbət təkcə 65 yaşdan getmir. Ümumilikdə götürdükdə yoluxma dinamikasının artımını nəzərə alaraq, belə qənaətə gəlirəm ki, müəyyən dərəcədə ciddi tədbirlərin görülməsi vacibdir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin

Mənbə: sonxeber.az