Azərbaycanda 18 nəfəri ilan sancıb

Azərbaycanda 18 nəfəri ilan sancıb

Aprel ayından indiyədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancmasından 18 nəfər müraciət edib.

Bu barədə Cebhe.info-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, ilan sancmadan müraciət edənlərdən 3 nəfəri azyaşlı uşaq olub:

“İlansancma ilə bağlı müraciətlər həm Bakıdan, həm də bölgələrdən olub. Klinikamızda lazımi qədər zərdab təminatımız var və müraciət edənlərə lazımi müalicələr edilib”.

Baş toksikoloq qeyd edib ki, əqrəb sancmasından 3 nəfər müraciət edib ki, onlara ilkin məsləhətlər verilərək evə göndərilib.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info