11 yaşlı oğlunu dərmanla zəhərləyən ana polisi aldatdı

11 yaşlı oğlunu dərmanla zəhərləyən ana polisi aldatdı

Brazilyada ana 11 yaşlı oğlunu dərmanla zəhərləyərək öldürüb.

Sonxeber.az xəbər verir ki, Alexandra Dougokenski adlı qadın 11 yaşlı oğlunu dərmanla zəhərləyib. Oğlunun ölümündən əmin olduqdan sonra qadın oğlunu odeyala bükərək köhnə evinə atıb.

Daha sonra qadın polisə zəng vuraraq oğlunun itdiyini bildirib.

İlk öncə polislər uşağın qaçdığını düşünüb. Amma evdə aparılan araşdırmalar zamanı polislər qan izlərinə rast gəliblər.

Polislər tərəfindən sorğu-sual edilən qadın oğlunu dərmanla zəhərləyərək öldürdüyünü etiraf edib.

Mənbə: sonxeber.az