İstanbulda fabrik dağıldı

İstanbulda fabrik dağıldı

İstanbulun Başakşəh bölgəsində dəri təmizləmə fabrikində partlayış baş verib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən güclü partlayış nəticəsində fabrik yerlə bir olub. Partlayışda ilkin olaraq 2 nəfərin öldüyü bildirilir. Həlak olanlardan birinin 45 yaşlı Gürcüstan vətəndaşı Aleksandr Çutari və digərinin 55 yaşlı Türkiyə vətəndaşı Mehmet Əli Aslanın olduğu bildirilir.

Əraziyə xeyli sayda yanğınsöndürən texnika cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.

SURXAY

Mənbə: konkret.az